Yuxarı sinif şagirdləri ilə maarifləndirici görüş

Məktəbdə Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev, polis polkovniki leytenant İdris Məhərrəmov, Respublika Narkoloji Mərkəzin həkimi Asif Kəngərli, Xətai rayon Veteranlar Şurasının sədri Nazim Xıdırov yuxarı sinif şagirdləri ilə maarifləndirci görüş keçirdilər. Həkim şagirdlərin zərərli vərdişlərdən, narkotik və psixatrop maddələrdən uzaq olmaq haqqında söhbət etdi. Polis polkovniki leytenant İdris Məhərrəmov yol hərəkəti qaydalarına düzgün əməl etmələri haqqında tövsiyyələrini verdi. Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev Xətai rayonundakı azyaşlılarla aparılan işlər haqqında məlumat verdi. Tədbirin sonunda Narkoloji Mərkəzinhəkimi Asif Kəngərli “Şər suyu” kitabını şagirdlərə təqdim etdi.