Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir

Bu gün məktəbdə Nailə Qədirovanın rəhbərliyi ilə 2b sinif şagirdləri "Xocalı harayı" adlı tədbir keçirdilər. Tədbir Xocalı soyqırım qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Xocalıya həsr olunmuş təqdimat nümayiş olundu. Şagirdlərin çıxışları ilə faciədə baş verən müsibətlər bir daha xatırlandı. "Ana fəryadı" şeirini səsləndirən Leyla həmin gecə Xocalı əhalisinin başına gələn vəhşilikləri göz önündə canlandırdı. Əsgər şagirdlər səhnəyə çıxaraq öz çıxışlarıyla hamını birliyə səsləyərək and içdilər. Hər zaman torpağımızı qorumağı, Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını bildirdilər. Tədbirdən sonra Nailə Qədirova şagirdlərlə Xocalı abidəsinin qarşısına qərənfillər qoyaraq şəhidləri bir daha yad etdilər.