“Ana dilimizi sevək, qoruyaq” adlı tədbir

Bu gün məktəbdə 3b sinif rəhbəri Fərqanə Mirzəyevanın rəhbərliyi ilə “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirildi. Tədbir dövlət atributlarımızın zala daxili və himnimizin səslənməsi ilə başlandı.

Tədbirdə ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasında böyük rolu olan Ana dilimizin gözəl bilicisi, mahir natiq, Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönəlmiş çıxışı videoçarx vasitəsilə nümayiş etdirildi. Sonra şagirdlər Ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında məlumatlar, hikmətli kəlamlar, şeir və mahnılar səsləndirdilər.

Tədbirdə xalqımızın əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçməsinə baxmayaraq, öz mənliyini, milliliyini, dilini itirmədiyi vurğulandı. Sonda qeyd edildi ki, dilimizin inkişafında və saflığının qorunmasında hər bir şəxsin üzərinə böyük məsuliyyət düşür. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi