Beynəlxalq Ana Dili Günü

21 fevral "Beynəlxalq Ana Dili Günü" münasibətilə məktəbin kitabxanaçıları 5-ci sinif şagirdləri ilə "Dəyirmi masa" keçirdi. Abışova Solmaz, Məmmədova Zeynəb, Məmmədov Miqdad, Əliyev İsmayıl, Xasıyeva Nazənin Məmmədova Pəri dilimiz haqqında Bəxtiyar Vahabzadənin, Tofiq Bayramın, Nəbi Xəzrinin, İslam Səfərlinin şeirlərini söylədilər. Məmmədli Kənan dil haqqında kəlamlar, Çələbiyeva Leyla atalar sözləri, Hüseynova Alsu Ulu öndər Heydər Əliyevin dilimiz haqqında fikirlərini səsləndirdilər. Şagirdlərə dilimizin yaranma tarixi, inkişafı, bu günü haqqında kitabxanaçı Hacıyeva Mehparənin hazırladığı təqdimat nümayiş edildi. "Dəyirmi masa" dilimizlə bağlı videoçarxın nümayişi ilə başa çatdı.