"Bu torpağın igid qızı" adlı tədbir

Bu gün məktəbdə Qarabağ müharibəsində həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli Məleykə Səmaya həsr olunmuş "Bu torpağın igid qızı" adlı tədbir keçirildi. Tədbirdə qəhrəmanın döyüş yoldaşı Natəvan Nəbiyeva, bacısı Sürəyya xanım və bacısı qızı Gülnarə İrəm iştirak edirdi.

Məleykə Səmanın davamçısı bacısı qızı Hüseynova Fərqanə məktəbin GÇH müəllimidir. Fərqanə Hüseynovanın köməkliyi ilə şagirdlər Məleykə Səma haqqında hazırladıqları təqdimatları nümayiş etdirdilər.

Azərbaycanın qəhrəman qızı Məleykə Səma hərbi həkim olmaqla yanaşı həm də gözəl şair idi. Onun 16-dan çox şeirlər kitabı işıq üzü görmüşdür. Bu tədbirdə şagirdlər onun vətənpərvərlik ruhunda yazılmış şeirlərini səsləndirdilər.

Şagirdlərin çıxışından sonra Məleykə Səmanın cəbhə yoldaşı Natəvan Nəbiyeva müharibə illərində onunla birlikdə keçdikləri çətin və şərəfli yol ilə bağlı xatirələrini bölüşdü. Sürəyya xanım və Gülnarə xanım Məleykə Səmanın ailə xatirələrini paylaşdılar və məktəbin rəhbərliyinə, şagirdlərə minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi