Coğrafiya fənn aylığı

14 fevral 2018-ci il tarixində coğrafiya fənn aylığı çərçivəsində növbəti tədbir keçirildi. Gülsüm Hacıyevanın təşkil etdiyi tədbirdə "Dünyanın inkişaf etmiş ölkələr silsiləsindən - ABŞ və İtaliya dövlətləri” haqqında 9b sinif şagirdləri Xanbəyli Səidə və Əliyev Gündüz hazırladıqları videoçarxları nümayiş etdirdilər. Həmin dövlətlər haqqında maraqlı məlumatlar verdilər. Tədbirdə iştirak edən məktəbin direktoru Sevinc Tahirova maraqlı çıxışıyla məktəbliləri daha da məlumatlandırdı. Onları vətənə layiq, savadlı, hərtərəfli biliyə malik gənclər kimi inkişaf etməsinə dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bir daha vurğuladı, şagirdlərə uğurlar arzuladı.