Azərbaycan Geologiya Muzeyinə ekskursiya

Məktəbin Fəaliyyət Planına əsasən coğrafiya fənn aylığı çərçivəsində şagirdlər coğrafiya müəllimi Gülsüm Hacıyevanın rəhbərliyi ilə Azərbaycan Geologiya Muzeyinə ekskursiya etdilər. Ekskursiya zamanı şagirdlərimiz qədim tarixə malik olan Azərbaycan ərazisində yayılmış müxtəlif növ süxurlar və onların yaranma tarixləri haqqında məlumat aldılar. “Azərbaycan Uralı” adlanan Daşkəsən bölgəsinin zəngin sərvətləri, Kəlbəcər ərazisində yayılmış filiz nümunələri ilə tanış oldular. Şagirdlər süxur nümunələrini böyük maraqla seyr edir və onların yaranma tarixlərini öyrənirdilər. Ekskursiya şagirdlərin xoşuna gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi