AMİM-in təlimləri başladı

Müəllimlərimizin davamlı peşəkar inkişaf ehtiyaclarını ödəmək üçün Azərbaycan Müəllim İnkişaf Mərkəzi tərəfindən “Planlaşma və dərsə hazırlıq” mövzusunda təlimlərə başlanılmışdır. İki qrupda təşkil olunan təlimlərə müxtəlif fənlər üzrə 44 müəllim cəlb olunmuşdur. Təlimçi müəllimlər İlkin Həsənov və Xədicə Cəfərovadır. Səkkiz mövzudan ibarət təlim sessiyalarının 16.03.2018-ci ildə başa çatması nəzərdə tutulmuşdur. Yüksək ixtisaslı, motivasiyalı, işini sevən müəllimlərin, müasir pedaqogika və təhsil praktikası üzrə təcrübəli kadrların hazırlanması məqsədi qarşıya qoyulmuşdur.