Gənclər Günü ilə əlaqədar "Dəyirmi masa"

2 Fevral – Gənclər Günü ilə əlaqədar IX, X və XI sinif şagirdləri ilə birgə “Dəyirmi masa” təşkil olundu. “Dəyirmi masa”da şagirdlərin yaş dövrü ilə bağlı həyat tərzlərini əks etdirən suallar qoyulmuşdu. Suallar disput şəklində cavablandırıldı. Disputu keçirməkdə əsas məqsəd gənclərə atdıqları hər bir addımda diqqətli olmağı, etdikləri səhvi başa düşməyi, özlərinə tənqidi yanaşmağı öyrətmək idi. Şagirdlər suallara cavab verərkən öz xarakterlərini açır, qarşılaşdıqları çətinliklərdən danışır və onların həlli yollarını tapmağa çalışırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi