Pedaqoji Şura

Fəaliyyət Planına əsasən 31.01.2018-ci il tarixdə növbəti Pedaqoji Şura keçirildi. İclasın əvvəlində I yarımildə məktəbdənkənar işlərdə fərqlənən xüsusi siniflərdə dərs deyən Qərənfil Əlicanova, İradə Mustafayeva, Əfsanə Hüseynova, Suğra Ramazanova müdiriyyət tərəfindən Fəxri Fərmanla təltif olundular. I yarımilin yekunları haqqında təlim-tərbiyə işləri üzrə direktor müavini Həcər Rəhimova çıxış etdi. Fənn metodbirləşmə sədrləri Zərfə İsmayılova, Telnaz Teymurova, Məhluqə Abbasova böyük summativ qiymətləndirmənin nəticələri haqqında hesabat verdilər. I yarımildə üzə çıxan problemlər və II yarımildə görüləcək işlər haqqında direktor Sevinc Tahirova məlumat verdi.