Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında

Yanvarın 29-da məktəbin 6b sinif şagirdləri sinif rəhbəri Sevinc Əzimova və UBR Məhnaz Süleymanovanın təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Ələddinin sehirli çırağı” tamaşasına baxdılar. Məqsəd şagirdlərin tətil günlərini səmərəli keçirmək idi. Şagirdlər aktyorların oyunundan böyük zövq aldılar. Tamaşanı izlədikdən sonra şagirdlər Fəvvarələr meydanında gəzintiyə çıxdılar.