Azərbaycan Mülki Aviasiya Muzeyində

23-25 yanvar tarixlərində məktəbin şagirdləri müəllimlərin rəhbərliyi ilə Azərbaycan Mülki Aviasiya Muzeyində ekskursiyada oldular. Mülki Aviasiyanın dünəni və bugününü əks etdirən eksponatlarla tanış oldular. Orada çoxlu əlyazmalar, fotoşəkillər, dövlət sənədlərinin surətləri, təsviri sənət nümunələri və s. haqqında ətraflı məlumat aldılar. Şagirdlər ekskursiyadan xoş təəssüratlarla qayıtdılar.