Peşə seçimi ilə bağlı maarifləndirici tədbir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Xidmətinin əməkdaşları məktəbimizdə IX-XI sinif şagirdləri və onların valideynləri ilə “Peşə seçərkən nələrə diqqət yetirməli və düzgün ixtisas seçilməsində  valdeyinlərin rolu” mövzusunda söhbət apardılar. Onlar şagirdləri peşə seçiminin əsas şərtləri ilə tanış etdilər. İnsanlar arasında münasibətlərin, qarşılıqlı təsir əlaqələrinin qurulmasında əməyin rolunu qeyd etdilər. Şagirdlərə peşə seçərkən yalnız arzu və istəklər yox, həm də bacarıq və sağlam təfəkkürə malik olmağı tövsiyə etdilər. Sonda şagirdlərin peşə ilə bağlı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi