Bədii qiraət

Məktəbin oxu zalında bədii qiraət keçirildi. Bədii qiraətdə 6-cı sinif şagirdləri xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini səsləndirdilər. Şeirin hər bir misrasında ifadə olunan fikri şagirdlər böyük məharətlə ifadə etdilər. Şeirin misradaxili bölgüsünə, səsin alçalmasına diqqətlə yanaşıldı. Bütün bunlar şeirdəki fikrin və qəmli ovqatın dinləyicilərə çatdırılmasında mühüm rol oynamış, eyni zamanda şagirdlərin nitq qabiliyyətinin inkişafına zəmin yaratmışdır.