Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya

Məktəbin Fəaliyyət Planına əsasən Tarix aylığı ilə əlaqədar olaraq 6b sinif şagirdlərinin Milli Azərbaycan Tarix Muzeyinə ekskursiyası təşkil olundu. Muzeydə ibtidai icma cəmiyyətinin yaranması ilə bağlı daş, tunç və erkən dəmir dövrlərinə aid eksponatlar şagirdlərin böyük marağına səbəb oldu. Muzeyin bələdçisi tərəfindən şagirdlərə Azərbaycanın XII-XVIII əsrlərdə siyasi, ictimai-iqtisadi durumu, elm və mədəniyyəti haqqında geniş məlumat verildi. Daha sonra H.Z.Tağıyevin ev muzeyinə də ziyarət təşkil olundu.