20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir

Xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatların artırılması, baş vermiş hadisələrə düzgün qiymət vermək bacarığının formalaşdırılması məqsədilə məktəbin Fəaliyyət Planına uyğun olaraq, bir sıra tədbirlər nəzərdə tutulmuşdur.
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün qeyd edilməsi ilə əlaqədar olaraq şagirdlərə 20 Yanvar faciəsini əks etdirən bədii və sənədli filmlər nümayiş etdirildi. “Vətən şəhidləri ilə ucalır” mövzusunda inşa müsabiqəsi və şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu.
Yanvarın 19-da Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. İlk dərslər 20 Yanvar faciəsinə həsr edildi.
Yekun tədbir akt zalında “Şəhidlər Xiyabanı” adlı ədəbi-bədii kompozisiya ilə başa çatdı.