Azadlığa gedən yol

Yanvarın 16-da 5b sinfində ədəbiyyat fənnindən “Layihələr üzrə təqdimatlar” mövzusunda dərs təşkil edildi. “Azadlığa gedən yol” adı ilə keçirilən dərs sinfin birgə işi kimi təqdim olunmdur.
Şagirdlər 20 Yanvar şəhidləri ilə bağlı tarixi faktları araşdıraraq, onların həyat yolu, apardıqları mübarizə ilə bağlı müxtəlif layihələr təqdim etdilər.
Bu araşdırmanı apararkən şagirdlər özləri də öyrəndilər ki, azadlıq asan əldə olunmur. Bugünkü azadlığımızın şəhid adı olan minlərlə oğul və qızlarımızın öz həyatlarını qurban verməsi sayəsində qazanıldığını öyrəndilər. Eyni zamanda bu gün əfsanəyə çevrilən şəhidlərin həyatı hər birimiz üçün nümunə olmalıdır qənaətinə gəldilər.