Tarix fənn aylığı davam edir

Məktəbin Fəaliyyət Planına əsasən tarix fənn aylığı çərçivəsində yanvarın 15-də kitabxanada 7a sinif şagirdlərinə tarix müəllimi Rüstəmova Elnarə tərəfindən orta əsrlər Azərbaycan tarixinə aid olan sənədli filmlərdən ibarət fraqmentlər nümayiş olundu. Sənədli filmin nümayişi zamanı şagirdlərə aydın olmayan məsələlər müəllim tərəfindən izah olundu. Həmçinin şagirdlər orta əsrlərdə yaşayan Azərbaycanın tarixi şəxsiyyətləri və orta əsr Azərbaycan mədəniyyəti haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər.