Yeniyetmələrlə davranış qaydaları

Bu gün məktəbimizdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqram koordinatorluğunun nümayəndəsi “Sağlam davranış“ mərhələsi çərçivəsində “Yeniyetmələrlə davranış qaydaları” barəsində söhbətlər apardı. Uşağın diqqətini özünə cəlb etməyin yolunu, nəzakətlə və sakit danışıq qaydalarını şagirdlərə başa saldı. Davranış qaydalarının metodlarını açıqlayıb, bu barədə geniş məlumat verdi. Böyüklərə və özündən kiçik uşaqlara mehriban olmağı və hörmətlə davranmağı öyrətdi. Tədbirin sonunda şagirdlərimiz bu layihə çərçivəsində "Faydalı olaq" məktəblərarası müsabiqəyə dəvət olundu.