Şirvanşahlar Saray Kompleksinə ekskursiya

Məktəbin Fəaliyyət Planına əsasən tarix fənn aylığı çərçivəsində tarix müəllimi Zümrüd Həsənquliyeva yanvarın 12-də 5b sinif şagirdlərini XV əsr tarixi abidəmiz olan Şirvanşahlar Saray Kompleksinə ekskursiyaya apardı. Şagirdlər sarayın tikilməsi, tarixi əhəmiyyəti haqqında geniş məlumat aldılar. Sarayın içərisində divanxana, bayıl daşları və mxtəlif sənət nümunələri – xalça, silah, bəzək əşyaları və s. tarixi incilərimizlə tanış oldular.