Psixoloqun valideynlərlə görüşü

8 yanvarda məktəbin psixoloqu Ulduz Mollayeva valideynlərlə görüş keçirdi. Görüşdə "Yeniyetməlik dövründə uşaqlarla necə davranmalı" mövzusunda söhbət aparıldı. Məqsəd valideynləri psixoloji maarifləndirmək, valideyn-şagird münasibətində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasında onlara kömək edən məsləhətlərin verilməsindən ibarət idi. Görüşdə eyni zamanda, valideyn olaraq övladlarına bu keşməkeşli yaş dövründə necə dəstək ola biləcəkləri ilə bağlı tövsiyyələr də verildi. Mollayeva Ulduz mövzu ilə bağlı hazırladığı təqdimatı nümayiş etdirdi. Sonda valideynləri narahat edən suallar cavablandırıldı.