Bayram şənliyi

29 dekabrda “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə məktəbimizin 6-cı xüsusi sinif şagirdi Yunusov Ağaxəlilin rəsmlərindən ibarət sərgisi təşkil edildi. Bu sərgidə Ağaxəlilin son illərdə Təhsil Nazirliyi tərəfindən keçirilən layihələrdə təqdim etdiyi rəsmlər xüsusi yer tuturdu. Sərgidə nümayiş olunan rəsmlər şagird və müəllimlər tərəfindən bəyənildi.
Daha sonra “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yenil il” münasibətilə məktəbdə şənlik keçirildi. Şaxta baba və Qar qız uşaqları təbrik etdilər, onlara dərslərində müvəffəqiyyətlər arzuladılar. Şagirdlər də öz növbəsində hazırladıqları şeir və mahnıları təqdim etdilər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin nümayəndələri məktəbin xüsusi nitqi qüsurlu siniflərin bayram şənliyinə qoşuldular, şagirdləri təbrik edərək onlara “Yeni il” şənliyinə biletlər təqdim etdilər. Bu qayğı və sevgiyə görə ATİAHİ Xətai Rayon Komitəsinə dərin minnətdarlığımızı bildiririk.