Azərbaycan dili və ədəbiyyat fənn aylığı başa çatdı

Şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə məktəbdə illik fəaliyyət planına uyğun olaraq fənn aylıqları keçirilməkdə davam edir. Dekabr ayı məktəbdə Azərbaycan dili və ədəbiyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə “Dəyirmi masa”, şagirdlərin oxu bacarıqlarının yoxlanılması məqsədilə bədii qiraət və monitorinqlər keçirildi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Səməd Vurğunun ev muzeyinə şagirdlərin ekskursiyası təşkil edildi.
Dekabrın 28-də Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə İbrahimovanın 9a sinfində “M.Şəhriyarın Heydərbabaya salam poeması” mövzusunda “Açıq dərs”i dinlənildi. Mövzuya uyğun motivasiya quruldu, tədqiqat sualı qoyuldu. Qruplara ayrılan şagirdlər mövzu ətrafında öz fikirlərini bildirdilər. Dərs maraqlı keçdi və şagirdlərin fəaliyyəti müəllim tərəfindən yüksək qiymətləndirildi.
Aylıq çərçivəsində görülən işlər fənn metodbirləşmə iclasında müzakirə olundu.