Xalq Təhsili Muzeyinə ekskursiya

Azərbaycan təhsilinin inkişaf tarixinin öyrənilməsi və təbliği məqsədilə məktəbin V-XI sinif şagirdlərinin dekabrın 27-də Xalq Təhsili Muzeyinə ekskursiyası təşkil olundu. Muzeydə şagirdlər ilk əlifbanın necə yaranması, Azərbaycanda açılan ilk təhsil müəssisələri haqqında geniş məlumat aldılar. H.Z.Tağıyevin Azərbaycanda təhsilin inkişafında olan xidmətləri ilə bağlı aldıqları informasiya şagirdlər üçün xeyriyyəçiliyə ən yaxşı nümunə oldu. Muzeydə şagirdlər azad Azərbaycanda təhsildə əldə olunan nailiyyətlər haqqında əldə etdikləri bilikləri digər yoldaşları ilə bölüşdülər. Şagirdlər muzeydən xoş təəssüratla qayıtdılar.