Müsabiqə qalibləri

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə məktəbimizdə müxtəlif müsabiqələr təşkil olundu. Şeir müsabiqəsində məktəbin ibtidai sinif şagirdləri fəal iştirak etdilər. Süleymanova Leyla, Məmmədli Fatimə, Bəndəliyeva Duyğu, Qədirli Zenfira, Baxışlı Xədicə öz çıxışları ilə fərqləndilər.

Şagirdlərin əl qabiliyyətini üzə çıxarmaq məqsədilə onlara texnologiya dərslərində müxtəlif oyuncaq və aksessuarlar hazırlanması tapşırıldı. Bu müsabiqədə şagirdlər tərəfindən hazırlanmış ən yaxşı əl işləri sinif otaqlarının və yolkamızın bəzədilməsində istifadə edildi. Əl işləri o qədər göz oxşayan idi ki, qalib sinfi müəyyən etmək çətin oldu.

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə keçirilən şeir müsabiqəsində və əl işlərindən təşkil olunmuş sərgidə qalib gəlmiş şagirdlər və siniflər məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla  təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi