Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu

26 dekabrda məktəbimizdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən XI sinif şagirdi Zeynalova Leyla qeyd etdi ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. İsmayılova Məlakə öz çıxışında təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinin Azərbaycanın dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə yol açması haqqında geniş məlumat verdi. V sinif şagirdləri Abışova Solmaz, Məmmədova Zeynəb və Əlizadə Rəsul həmrəylik haqqında şeirlər söylədilər, mahnı ifa etdilər. Şagirdlər tərəfindən hazırlanan “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş videoçarx, slayd və təqdimatlar nümayiş olundu.Tədbir 3a sinif şagirdlərinin və bütün iştirakçıların ifasında “Birlik” mahnısı ilə sona çatdı.