“Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu”nda

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi 1-ci qrant müsabiqəsində qalib gəlmiş “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihədə məktəbimizin xüsusi sinif şagirdləri fəal iştirak etdilər.
Tədbirdə şagirdlərimiz “O olmasın, bu olsun” tamaşasından qısa parça göstərdilər. “Sağlam orqan hər bir insan üçün vacibdir” mövzusunda əyani vəsaitdən istifadə edərək fikirlərini çatdırdılar. 6-cı sinif şagirdləri Ulduz Cabarlının və Ağaxəlil Yunusovun çəkdikləri rəsmlərdən ibarət kiçik sərgi qonaqlar tərəfindən bəyənildi. Şagirdlərimiz Azərbaycan milli rəqsini ifa etdilər.
Sonda forumun rəhbərliyi tərəfindən fərqli çıxışlarına görə şagirdlərimizə sertifikat təqdim olundu və xatirə şəkli çəkildi.