Səməd Vurğunun ev muzeyində

22 dekabrda Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində məktəbin müəllimi Nuranə Dadaşovanın təşkilatçılığı ilə 5c sinif şagirdlərinin Səməd Vurğunun ev muzeyinə ekskursiyası təşkil olundu.

Muzeydə şagirdlər şairin əlyazmaları, şəxsi əşyaları ilə tanış oldular. Dahi şairin səsinin lent yazısına böyük məhəbbətlə qulaq asdılar. Muzeydə Səməd Vurğunun həyatını müxtəlif illərdə əks etdirən kino-xronika nümayiş edildi. Sonda şagirdlər muzeydə keçirdikləri hissləri, şairə olan hədsiz məhəbbətlərini rəy kitabında qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi