Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya

“Azərbaycan dili və ədəbiyyat fənn aylığı” çərçivəsində tədbirlər davam edir. Xüsusi (nitqi qüsurlu) siniflərdə təhsil alan şagirdlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiyada oldular. Ekskursiyanının təşkil olunmasında əsas məqsəd şagirdlərin Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında əlavə bilik əldə etməkdən ibarət idi.

Muzeydə şagirdlər ekspozisiya zallarında tanınmış şair və yazıçılara, ədəbiyyatşünaslara həsr olunmuş stendlər, fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin onlara məxsus şəxsi əşyalarla tanış oldular.

Şagirdlərimizə ekskursiyanı təmənnasız təşkil etdiklərinə görə muzey rəhbərliyinə məktəb adından minnətdarlığımızı bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi