"Milli nağıl" müsabiqəsi

İbtidai siniflərdə şagirdlərin istedadlarının üzə çıxarılması məqsədilə sentyabr ayından mütəmadi olaraq siniflər arasında “Milli nağıl” müsabiqəsinə hazırlıq işləri aparılmışdır. Bir neçə sinif Azərbaycan milli nağıllarını səhnələşdirmişdir. Məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərimizə hörmət və sevgi hissini aşılanması və istedadlarının üzə çıxarılması olmuşdur. Məktəb üzrə müsabiqənin qalibləri 3ç sinif şagirdləri "Milli Nağıl" müsabiqəsində iştirak etməyə vəsiqə qazandılar.
Xətai rayon ibtidai sinif şagirdləri arasında keçirilən "Milli Nağıl" müsabiqəsində fərqləndiyinə görə 3ç sinif şagirdləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən diploma layiq görüldülər. 3ç sinif rəhbəri Mehriban Əliyeva isə fərqli səhnəciklərin qurulmasına göstərdiyi köməkliyinə görə Fəxri Fərmanla təltif olundu.