Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

Dekabrın 12-də səhər Heydər Əliyevə həsr olunmuş fotostendin qarşısında müəllim kollektivi və şagirdlər Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Heydər Əliyevə həsr olunmuş şeirlər şagirdlər tərəfindən səsləndirildi.

Yuxarı sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Ulu Öndərə həsr edilmiş videoçarx nümayiş olundu. Şagirdlər Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərindən, müasir Azərbaycanımızın memarı olmasından, qazanılmış müstəqilliyimizin təminatçısı olmasından söhbət açdılar. Tarix müəllimi Zümrüd Həsənquliyeva sonda Ulu Öndərin Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması yolunda apardığı uğurlu siyasət haqqında məlumat verdi.

Dərslərin sonunda məktəbin akt zalında “Ən Böyük Azərbaycanlı” adlı ədəbi-bədii kompozisiya göstərildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi