Qalib idmançımız

Uşaqlar arasında keçirilən yarışlarda ölkəmizi layiqli təmsil edən məktəbimizin 6a sinif şagirdi Baxışlı Xədicə dekabr ayında Ukraynada Avropa üzrə keçirilən kombat ciu-citsu yarısmasında I yerə layiq görülmüş, öz yaşıdları arasında 47 kq çəki dərəcəsində Avropa çempionu olmuşdur. Müxtəlif yarışmalarda uğur qazanan Xədicə təkcə idman yarışlarında deyil, təhsidə də uğurlar qazanmaqdadır. Bu il məktəbimizdə keçirilən “Bilik yarışmasında Azərbaycan dili fənni üzrə fərqləndiyinə görə diplomla təltif edilmişdir. İnadkar, özünə güvənli, inamlı, zəhmətkeş, ağıllı şagirdimiz Xədicənin gələcəkdə də uğurlar qazanacağına ümid bəsləyirik. İnanırıq ki, o, bizim inam və etimadımızı doğruldacaqdır.

 

http://baku.edu.gov.az/az/page/9/2909

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi