"Narkomaniyaya qarşı mübarizə" mövzusunda maarifləndirici tədbir

5 dekabrda məktəbdə Bakı şəhər BPİ-nin Narkotiklərlə Mübarizə və İctimai Təhlükəsizlik İdarəsinin baş əməliyyat müvəkkili polkovnik-leytenant Şirəli Babayev, Veteranlar Şurasının sədri istefada olan polis polkovnik-leytenant Emin Məmmədov, Xətai rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru polis baş leytenant Ruslan Məmmədovun iştirakı ilə zərərli vərdişlərə, narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirildi.
Tədbirdə mövzu ilə bağlı uşaqlarla profilaktiki söhbətlər aparıldı, onları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırıldı.