Heydər Əliyev Mərkəzinə ekskursiya

Məktəbdaxili "Bilik yarışması"nda fərqlənən şagirdlərimiz rəhbərlik tərəfindən daim diqqət mərkəzindədir. Şagirdlərin paytaxtın görməli yerlərinə ekskursiyaları təşkil edilir, onların maraq dairəsinin daha da genişləndirilməsinə şərait yaradılır. Şagirdlərimizin Heydər Əliyev Mərkəzinə ekskursiyası da çox maraqlı keçdi.

Azərbaycanın gözəl, səfalı yerlərinin maketləri, milli geyimlərdən, zinət əşyalarından və musiqi alətlərindən ibarət sərgi zalları da şagirdlərimizdə çox böyük maraq yaratdı. 
Sərginin hər bir eksponatı ilə tanışlıq ölkəmizdə və ondan kənarda yaradılan əsərlərlə tanışlığa, inkişaf tarixini izləməyə imkan yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi