"Təhlükəsizliyin öz əlindədir" adlı maarifləndirici tədbir

Məktəbimizdə "1dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü"nə həsr olunmuş "Təhlükəsizliyin öz əlindədir" adlı maarifləndirici tədbir keçirildi.

Məktəbin həkim heyəti şagirdlərə "İnsan İmmunçatışmazlıq Virusu" ilə bağlı ətraflı məlumat verərək, yoluxma yolları və QİÇS-dən qorunma üsullarını izah etdilər. Tədbirdə QİÇS-lə bağlı maarifləndirici tədbirlərin tez-tez keçirilməli olduğu, gənc nəslin ümumilikdə insanların bu xəstəliklə bağlı məlumatlı olmalarının vacibliyi qeyd olundu. Bildirildi ki, hazırda dünyada QİÇS-ə yoluxmuş milyonlarla insan var və hər il bu xəstəliyi daşıyanların sayı artır. Təəssüf ki, bu xəstəlik Azərbaycanda da artmaqdadır . Buna səbəb isə bir çoxlarının virus daşıyıcısı olduğunu gizlətməsidir.

Tədbirin sonunda QİÇS-lə bağlı şagirdlərin hazırladıqları təqdimat nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi