Riyaziyyat fənn aylığı

Noyabr ayı "Riyaziyyat fənn aylığı" ilə yadda qaldı.
Fənn metodbirləşmə sədri Zərfə İsmayılova və metodbirləşmə üzvləri əvvəlcədən riyaziyyat aylığı çərçivəsində görüləcək işləri planlaşdırmışdılar. Əsas məqsəd şagirdlərin riyazi biliklərini qiymətləndirmək və fənnə olan maraqlarını artırmaqdan ibarət idi. Bu məqsədlə bütün siniflərdə riyaziyyat fənnindən monitorinqlər keçirildi. Nəticələr metodbirləşmə iclasında müzakirə edildi.
Bir neçə fənn müəllimi müxtəlif mövzularda “Açıq dərs”lər keçirdilər. Məktəbin foyesində riyaziyyat fənninə və onun tarixinə həsr olunmuş fotostend nümayiş etdirildi.