“Orta məktəblərdə İslam Həmrəyliyinin təbliği” mövzusunda sərgi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi şurasının “Orta məktəblərdə İslam Həmrəyliyinin təbliği” mövzusunda  “Sosial İnkişaf” İctimai Birliyinin təşkil etdiyi sərgidə məktəbin II-IX sinif şagirdləri çəkdikləri rəsm işləri ilə iştirak edirdilər. Həmçinin məktəbin xüsusi nitqi qüsurlu siniflərində təhsil alan şagirdlər də bu maraqlı işə qoşuldular. Sərgidə Xətai rayonunun bir neçə məktəbinin şagirdləri də iştirak edirdilər.

Nitqi qüsurlu siniflərdə təhsil alan 9-cu sinif şagirdləri Allahverdiyev Elnur 1-ci yer, İçten Nəzrin 3-cü yer, və 3a sinif şagirdi Cəbrayılova Əsmər 2-ci yerə layiq görüldülər. Bu münasibətlə şagirdlərimizi təbrik edir və bu işdə əməyi olan texnologiya müəllimi Aidə İsmayılovaya təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi