“Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir

Noyabrın 30-da məktəbimizdə “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.

Maarifləndirici tədbirə şagirdlərlə bərabər valideynlərin də iştirakı nəzərdə tutulmuşdur. Məktəbin kiçik konfrans zalında valideynlərlə görüş keçirildi. Onlara zərərli vərdişlərin övladlarının sağlamlığına təsiri haqqında ətraflı məlumat verildi.

Məktəbin həkimi Lətifə Səfərova və tibb bacısı Səbinə Kərimova akt zalında  şagirdlərə siqaretin zərərləri və narkomaniyanın fəsadları barədə məlumat verdilər. Tədbirdə çıxış edənlər məktəbliləri narkotik vasitələrdən istifadə etməməyi, bu cür pis vərdişlərdən qorunmağı və uzaq olmağı tövsiyə etdilər.

Tədbirin sonunda şagirdlər çıxış edərək gələcək genofondumuzu qorumaq üçün “Zərərli vərdişlərə yox deyək!” devizi ilə “Sağlam həyat keçirək” mövzusunda təqdimatlarını nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi