"Tullantıdan sənətə" mövzusunda "Açıq dərs"

Məktəbin nitqi qüsurlu xüsusi siniflərində texnologiya müəllimi Aidə İsmayılova "Tullantıdan sənətə" mövzusunda "Açıq dərs" keçirmişdir. "Açıq dərs"in əsas məqsədi ətraf mühiti, ekologiyanı qorumaq məqsədilə təbiətə atılan tullantılardan yararlı əşyalar yaratmaq bacarığını şagirdlərə aşılamaq idi. Atılan plastik su qablarından armudu stəkan, qənddan, oyuncaqlar, qələmqabı, güldan və yeni il aksessuarlarının düzəldilməsi texnologiyası öyrədildi. Şagirdlər böyük həvəslə müstəqil ideyalarla çıxış edərək müəllimin öyrətdiklərindən əlavə bəzək əşyalarının düzəldilməsinə maraq göstərirdilər. Şagirirdlərmizdən Əhmədli Fidan, İbrahimova Firəngiz, Quliyeva Fidan, Tağıyeva Fidan, Qasımov Seymur, Cabarlı Ulduz, Yunusov Ağaxəlil, Rəşidova Fidan gözəl əl qabiliyyəti ilə fərqləndilər.
"Açıq dərs"də şagirdlərimiz "tullantı" adlanan bu əşyalardan öz zövqlərinə uyğun olaraq gözoxşayan aksessuarlar hazırlamaqla onların düzəldilmə texnologiyasına, bacarıq və vərdişlərinə yiyələndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi