"Ağac əkməyə gedirik" mövzusunda "Açıq dərs"

Məktəbin ibtidai sinif müəllimi Mirzəyeva Fərqanə 3b sinif şagirdləri ilə  Həyat bilgisi fənnindən "Ağac əkməyə gedirik" mövzusunda "Açıq dərs" keçirdi. Dərsin əvvəlində lövhədə şəkillərin nümayişi ilə motivasiya yaradıldı. Şagirdlər tədqiqat aparmaq üçün beş kiçik qruplara bölündülər. Qruplara şagirdlərin tanıdıqları ağacların adları verildi.  Ağacların əkilmə vaxtı və onlara qulluq qaydaları haqqında şagirdlər fikir mübadiləsi və müzakirələr apardılar. Müəllim şagirdlərlə birlikdə cavabları ümumiləşdirdi və nəticə çıxarıldı. Dərsin yaradıcı tətbiqetmə mərhələsində isə şagirdlər məktəbin həyətindəki ağaclara qulluq etdilər, heyva və nar tinglərini müəllimin köməyi ilə əkdilər. Dərs maraqlı keçdi və şagirdlərin fəaliyyəti müəllim tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi