"Şəhadət" filminin nümayişi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq 15 noyabr 2017-ci il tarixdə məktəbin akt zalında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Qənirə Sultanova, Fidan Aslanova, Vasif Musayev yuxarı sinif şagirdləri, müəllimlər və sinif valideyn komitələrinin sədrləri ilə görüş təşkil olundu. Mühazirəçilərin çıxışından sonra "Şəhadət" filmi nümayiş etdirildi. Film böyük maraqla izləndi.