Azərbaycan Televiziyasına ekskursiya

6 noyabr 1926-cı il Azərbaycan radiosunun yayıma başladığı gündür. Milyonlarla insan hər gün radio və televiziyanın köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən xəbər tutur. Səs və görüntülər uzaq məsafələrə xüsusi cihazlar və peyk antenaları vasitəsilə ötürülür, möcüzəli «qutu»nun minbir sehri tamaşaçılarını həmişə öz cazibəsində saxlayır. Bütün bu möcüzəni canlı görmək, uşaqların radio haqqında olan dünyagörüşünü daha da zənginləşdirmək məqsədilə məktəbin yuxarı sinif şagirdlərinin Azərbaycan teleradio və yayım şirkətinə ekskursiyası təşkil olundu. Şagirdlər "Boxça "verilişinin qonağı oldular. Bu verilişdə onlar radio haqqında bildiklərini verilişin aparıcısı Həqiqət Cabbarlı ilə bölüşdülər və yeni məlumatlar əldə etdilər. Burada şagirdləri "qızıl" fond və Azərbaycan radiosunda yayımlanmış ilk səsyazma ilə tanış etdilər. Şagirdlər Azərbaycan bəstəkarı Tahir Əkbərlə də tanış oldular. Sonda bir neçə xatirə şəkli çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi