Fövqəladə hallar uşaqların gözü ilə

Məktəbin foyesində "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda şagirdlərin hazırladıqları rəsmlərdən ibarət sərgi nümayiş olundu. Sərginin nümayiş olunmasında məqsəd istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, fövqəladə hal probleminə hamının diqqətinin cəlb edilməsi idi. Şagirdlər sərgidə nümayiş olunan rəsmlərlə tanış oldular. Məktəbin müəllimləri Acar Vəliyeva, Mətanət Əliyeva, Elmira Fərzullayeva şagirdlərə fövqalədə hallar baş verdikdə necə hərəkət etməli və bu vaxt hansi addım atmaları barədə danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi