"Hansı peşəni seçməli" mövzusunda tədbir

24 oktyabr 2017- ci il tarixində məktəbimizdə "Hansı peşəni seçməli" mövzusunda tədbir keçirildi. Tədbir məktəbin texnologiya müəllimi Aidə İsmayılovanın rəhbərliyi ilə hazırlanmışdı. Tədbirin keçirilməsində məqsəd gələcəkdə şagirdləri peşə seçimi zamanı daha diqqətli olmağa, seçdikləri peşəyə məsulliyyətli yanaşmalarına yönəltmək idi. İnsan həyatda elə sənət, elə peşə seçməlidir ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti olsun, həm də bu sənət və peşə ilə xalqına, cəmiyyətə xeyir verə bilsin. Tədbirdə nümayiş olunan videoçarx və slaydlarda hər bir peşənin gözəlliyi və şərəfli olması şagirdlərin nəzərinə çatdırıldı. Şagirdlər öz çıxışlarında bildirdilər ki, sənətlər, peşələr arasında seçki qoymaq, "bu yaxşıdır”, "bu pisdir” –deyib onları ayırmaq olmaz. Hər bir şagird seçdiyi peşə haqqında öz fikirlərini söylədi və bildirdi ki, faydalı əməklə bağlı bütün sənət və peşələr şərəflidir. Tədbir Ulu Öndər Heydər Əliyevin və dahi Nizaminin sənət və peşə haqqında söylədikləri kəlamlarla başa çatdı.