Məktəbimizin müəllimləri təltif edildi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xətai Rayon Komitəsi məktəbimizin müəllimləri əməkdar müəllim Cəmilə Mahmudova, Mehriban Babayeva, Sevil Məmmədova, Zərfə İsmayılova, Zərifə Seyidova, Zöhrə Aslanovanı gənc nəslin təlim-tərbiyəsində əldə etdikləri nailiyyətlərə görə Fəxri Fərmanla təltif etmişdir. Bu münasibətlə məktəb kollektivi adından müəllimlərimizi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.