"Yel çərşənbəsi" və Milli teatr günü qeyd edildi

Məktəbimizdə karantin qaydalarına riayət edilərək Yel çərşənbəsi qeyd olundu. Şagirdlər "Yel çərşənbəsi"nə aid olan inanclar, adət- ənənələr haqqında məlumat verdilər. Şeirlər söylədilər, rəqs etdilər. Onlar bütün şagirdlərə adət-ənənələrimizə hörmət etməyi və unutmamağı tövsiyə etdilər.
10 mart Milli teatr günüdür. Xalqın milli oyun mədəniyyətinin yaşı bundan on dəfələrlə çoxdur. Yerin, göyün sirr olduğu qədim zamanlarda adamlar odla, suyla, torpaqla, yellə danışırmışlar. Oyun mədəniyyətimizdəki "Sayaçı", "Novruz", "Kəvsəc", “Xıdır Nəbi”, “Qodu-qodu”, "Kosa-gəlin" kimi tamaşalar insanlar arasında ünsiyyət forması olmuşdur. Hər il teatr günü bütün teatrsevərlər tərəfindən sevilə-sevilə qeyd olunur. Məktəbimizin 3c sinif şagirdləri də karantin qaydalarına riayət edərək "Cırtdanın nağılı" tamaşası ilə öz yoldaşlarını teatr günü münasibətilə təbrik etdilər. Tamaşa alqışlarla qarşılandı.