"Kompüter arxitekturası" mövzusunda növbəti təlim

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olmuş Xətai rayonu 55 nömrəli tam orta məktəbin informatika müəllimi Sevinc Əzimovanın "İnformativ lövhə" adlı layihəsi uğurla davam edir. 26 fevral 2021-ci il tarixdə informatika müəllimləri üçün nəzərdə tutulmuş "Kompüter arxitekturası" mövzusunda növbəti təlim keçirildi. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra təlimdə hazırlanmış təqdimat əsasında sistem blokunun qida bloku, sərt disk və xarici yaddaş qurğularının növləri haqqında müəllimlərə geniş məlumat verildi, qurğuların yerləşdirilməsi ilə bağlı qısa videoçarxlar nümayiş olundu.