Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Məktəbin foyesində səhər sıra düzülüşü 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuşdu. Azərbaycan Respublikasının Dövlət Himni şagirdlərin ifasında səsləndi. Bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edildi. “Axı, biz neyləmişdik” (B.Vahabzadə) şeiri səsləndirildi.

Bütün siniflərdə sinif təşkilat saatları “20 Yanvar – 30 il” mövzusuna həsr olunmuşdu.

Yekun tədbir məktəbin akt zalında 7a və 7b sinif şagirdlərinin hazırladıqları “Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi” alı ədəbi-bədii kompozisiya ilə yekunlaşdı. Şagirdlər hazırladıqları təqdimatları, şeir və kiçik səhnəcikləri nümayiş etdirdilər. Tədbir 20 Yanvar hadisələrinə həsr olunmuş videoçarxın göstərilməsi ilə bitdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi