Rəsm və İnşa müsabiqəsində yer tutan şagirdlərimiz Diplomlarla təltif edildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yasamal Rayon Gənclər və İdman idarəsi rayon orta ümumtəhsil məktəbliləri arasında Rəsm və İnşa müsabiqəsində məktəbimizin iştirak edən şagirdləri Fəxri fərman və Diplomlarla fərqlənmişdirlər. Qafarlı Mədinə “Heydər Əliyev vətənpərliyi müasir gənclik üçün örnəkdir” adlı inşa müsabiqəsində iki Fəxri fərmanla, Əhədova Nigar “Müharibə uşaqların gözü ilə” adlı inşa müsabiqəsində 1 Fəxri fərman, 2 Diplomla , Zeynallı Adil “Novruz” mövzusunda keçirilmiş rəsm müsabiqəsində 1 Diplom 2 Fəxri fərmanla, Bağırova Zeynəb “Müharibə uşaqların gözü ilə” adlı inşa müsabiqəsində 2 Fəxri fərmanla təltif olunublar.Məktəbimizin Uşaq Birliyi Rəhbəri olan İsmayılova Jalə, uşaqların bu yarışlarda iştirak etməsində çox zəhməti olmuşdur. Məktəb direktoru Elmira Ələsgərova uşaqları və Jalə müəlliməni təbrik edib, onlara uğurlar arzulayıb.