Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş iki hissəli tədbir keçirildi

11 may 2017-ci il tarixində məktəbimizdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş iki hissəli tədbir keçirildi. Tədbirin birinci hissəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx və fotolar nümayiş etdirildi. Heydər Əliyevə həsr olunmuş videoçarx Şahnaz Əliyeva və Əhmədova Nigar tərəfindən hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki həmən bu videoçarx bakı məktəbləri arasında keçirilən müsabiqədə birinci yeri qazanmışdır. Sonra tədbirdə məktəblilərin Ulu Öndərə hazırladıqları şeirlər söylənildi. Tədbirin ikinci hissəsində «Fizika gecəsi» keçirildi. Maraqlı səhnəciklər, təcrübələr nümayiş olundu. Gecənin əsas məqsədi şagirdlərə motivasiya olaraq onların bilik və bacarıqlara yiyələnərək gələcəkdə gözəl nəticələr əldə edilməsinə yönəlmişdi. Gecədə şagirdlərə düşünərək yaşamaq, öz daxili potensialından düzgün istifadə edərək kamil insan olmaq aşılandı.